"Göyəzən" loqosunu dəyişib - yeni çalarlar nəyi əks etdirir?

AFFA Region Liqası təmsilçisi “Göyəzən” loqosunu dəyişib.

Bu haqda Presssport.az-a Qazax təmsilçisindən məlumat verilib.

Belə ki, loqoda futbol topuyla yanaşı, dağ klubun adını daşıdığı Göyəzən dağının təsviri yer alıb. Əks olunan günəş yeni nəfəsin, dirçəlməyin, dünyaya işıq saçmağın rəmzi olaraq göstərilib. Buna uyğun olaraq loqoda sarı rəng də günəşlə bağlıdı ki, işıqlı, parlaq gələcəyə böyük ümid ifadə olunur. Yaşıl rəng isə Qazax klubunun yarandığı vaxtdan olan əbədi rəngidi.

Məlumdu ki, “Göyəzən”in dirçəlməsi yönüdə işlərə başlanılır və onun 50 ilə yaxındı ev oyunlarını keçirdiyi Qazax şəhər stadionu gənclər və idman naziri Fərid Qayıbovun göstərişiylə yaxın vaxtlarda təmirə bağlanacaq.

Xatırladaq ki, 1978-ci ildə yaradılan “Göyəzən” SSRİ çempionatında azsaylı təmsilçilərinrən biri olaraq II Liqanın 9-cu - Arazlıq zonasında çıxış edib. Müstəqillik dönəmində isə milli çempionatımızın iştirakçısı olan qazaxlılar sonradan birinci dəstədə çıxış edib, son illərdə isə həvəskarın yarışması sayılan Region Liqasında oynayır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC