"Zirə"nin 2 aparıcı futbolçusu ili erkən bitirdi

“Zirə” qış fasiləsinədək heyətlə bağlı ciddi itkilərlə üzləşib.

Presssport.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XV turunda “Sumqayıt”la ev matçında zədələnən braziliyalı hücumçusu Rafael Utziqin son durumu haqda danışıb: “Görünən odur ki, zədəsi ciddidi. Dünən Qismət Alıyevi itirdik. Kapitanımız 5-6 həftə olmayacaq. Bu gün Utziqin zədələnməsi bizi məyus edir. Görünən odur ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olacaq. Daha dəqiq biləcəyik”.

Xarırladaq ki, “qartallar” bu ilin sonunadək çempionatda 3, ölkə kubokunda 1 matçı olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC