Mahir Emreli məşqlərə başladı: "Yaxşı bərpa olunuruq"

Millimizin futbolçusu Mahir Emreli məşqlərə başlayıb.

Presssport.az xəbər verir ki, Zaqreb “Dinamo”sunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

Mahir özü də "İnstagram"dakı hesabında məşqdən şəkil paylaşaraq, bu sözləri yazıb: "Yaxşı bərpa olunuruq".

Onun Konfrans Liqasının pley-off mərhələsində İspaniyanın “Betis” klubuyla bugünkü görüşdə iştirakı baş məşqçinin qərarından asılı olacaq. 

Əlavə edək ki, "Dinamo" - “Betis” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu komandalar arasında ilk matç Zaqreb klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama matçında zədələnmişdi.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC