"Turan Tovuz" üçün şok itkilər

“Turan Tovuz” Premyer Liqanın XXIV turunda “Neftçi”ylə ev matçına ciddi itkilərlə hazırlaşır. 

Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Ayxan Abbasov braziliyalı hücumçuları - Luis Paçuyla Aleks Souzanın zədəli olduğunu söyləyib: “Hər ikisi son turda ”Sumqayıt"la səfər oyununda zədələnib. Paçunu ayağını tapladılar, Aleksi də ayağından vurdular. Hələ ki məşq etmirlər. Bu müddətdə paytaxtda hazırlıq keçirdik. Bu gün Tovuza gedirik. Baxacağıq orda vəziyyətlərinə ki, sonrakı günlərdə məşq edə biləcəklər, ya yox".

Xatırladaq ki, bu duet III dövrədə hərəyə 2 qol vurub. Aleks tovuzluların qış transferi olduğunu da vurğulayaq. 

Xatırladaq ki, “Turan Tovuz” - “Neftçi” matçı fevralın 24-də saat 15:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC