Fərid Yusifliylə İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynaya biləcəklər? - AÇIQLAMA

Premyer Lİqanın qarşıdakı turunun maraqlı matçlarından biri Tovuzda olacaq. 

Presssport.az xəbər verir ki, "Turan Tovuz" 2 gün sonra “Neftçi”ni qəbul edəcək.

Məlumdu ki, tovuzlular qış fasiləsində "ağ-qaralar"dan gənc futbolçuları icarəyə götürüb. Bunlar sağ cinah müdafiəçisi İsmayıl Zülfüqarlı ilə mərkəz yarımmüdafiəçisi Fərid Yusiflidi.

Maraqlıdı, onlar müqaviləylə məxsus olduğu kluba qarşı oynaya biləcəklər? Hər halda, futbol praktikasında belə qadağaların olmasıyla bağlı nümunələr az deyil.

Buna aydınlıq gətirmək üçün “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasova müraciət etdik. O, İsmayılla Fəridi “Neftçi”yə qarşı oynada biləcəyini vurğulayıb: “Oynamamaq kimi problemimiz, çətinliyimiz yoxdu. Qarşı tərəf bizə belə bir qadağa qoymayıb”.

Xatırladaq ki, “Qarabağ”ın qış fasiləsində “Sabah”ın transfer etdiyi millimizin yarımmüdafiəçisi Aleksey İsayevin kubok matçlarında oynamamasıyla bağlı klublar arasında centlmensayağı razılaşma olmuşdu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC