"Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik" - Veşoviç

“Nə hiss edə bilərəm? Xoşbəxtik, razıyıq. Biz tarixi nəticə əldə etdik. Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu, bizim üçün çox vacibi. Xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik”. 

Presssport.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının pley-off mərhələsində ümumi hesabda "Braqa"nı məğlub edərək (ilk oyun - 4:2, cavab oyunu - 2:3) 1/8 finala adlamaqları barədə jurnalistlərə açıqlamasında danışıb.

33 yaşlı monteneqrolu sağ cinah müdafiəçisi öz oyunundan da razı qaldığını vurğulayıb: “Bu gün özümdən də razıyam. Komandama kömək etdim. Düşünürəm ki, bütün futbolçular yaxşı oynadı, yüz faiz güclərini, ürəklərini ortaya qoydu. Emosional bir matç idi. Yəqiin ki, hamı bunu görürdü. Fikrimcə, azarkeşlər də bu gün xoşbəxt və razıdı”. 

Veşoviç 1/8 finaldakı potensial rəqibləri haqda belə deyib: “Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə, şadıq və bu andan həzz almaq istəyirik”.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC