"Qarabağ"a köhnə tanışı rəqib oldu - YENİLƏNİB

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Presssport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olub 

Belə ki, Qurban Qurbanovun komandasının  u turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacağı əvvəldən bəlli idi. Maraqlıdı ki, bu, elə qrupunda 1-ci olmuş "Bayer" olub.

“Qarabağ” ilk oyunu evdə keçirəcək. Bu raundun matçları martın 7-də və 14-də keçiriləcək. 

Xatırladaq ki, Ağdam klubu Bundesliqanın lideri olan "Bayer"ə qrupda səfərdə 1:5, evdə 0:1 hesabıyla uduzub.

Avropa Liqası

1/8 final

"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC