Azər Bağırov "Kəpəz"də amallarını açıqladı: "Azarkeşlərimizin rəğbətini qazanmışıq"

"Kəpəz" Misli Premyer Liqasının XIII turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmanı dəyərləndirib.

- Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Heç vaxt heç-heçə barədə düşünmək istəmirik. Komandada qələbə ruhunu yaşatmaq istəyirəm. Amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdi.

- Hakimliklə bağlı fikriniz necədi?

- Rəşad Əhmədov ötən mövsüm 26-cı turda cəzalandı, sonra 10 tur təyinat almadı. Yəqin ki, səbəbləri var idi. Bu gün də VAR-da Rəşad əyləşmişdi. Yaxşı bir şey gözləmirdim.

- Milli fasilə komandanıza necə təsir edəcək?

- Üstün cəhəti də ola bilər, mənfi cəhəti də. İnanıram ki, fasilə xeyrimizə işləyəcək. Oyundan-oyuna komandada döyüşkənlik artır. Bu, müsbət haldı. Fasilədən sonra çalışacağıq ki, daha yaxşı olaq.

- Gəncəli veteranlar sizdən narazı idi. Artıq narazılığın bitdiyini demək olar?

- Təbii haldır. Hamı cavan kadrlara şübhəli yanaşır. Şükürlər olsun ki, bugünkü gündə dəstəyimiz var. Azarkeşlərimiz oyunlara gəlir. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Amma nəticə də çox önəmlidi. "Səbail"lə oyunda bir az zəif çıxış etdik, amma nəticə qazandıq. Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq və bizi sevirlər, dəstəkləyirlər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC