"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qarşılaşmanı dəyərləndirib.
- İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülə bilmədik. "Səbail" daha yaxşı görünürdü. İkinci yarıda düzəlişlər etdik və düşünürəm ki, yaxşı oynadıq.
- Futbolçuların süni örtükdə oynamaqdan şikayəti var?
- Xeyr, şərtlər hamı üçün eynidi. Bununla bağlı şikayət yoxdu.
- Bu gün "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- İkinci hissəni nəzərə alsaq, 2 xal itirdik.
- Aqressiv olmağınızın səbəbi nə idi?
- Aqressiv olduğumu deməzdim. Sadəcə olaraq istəyirdim ki, futbolçularım daha tez oynasınlar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC