Elvin Məmmədov təşəkkür etdiyi rəhbərliyin qərarını gözləyir: "Birinci nüans fiziki durumdu, bunu düzəltsək..."

"Səbail" Misli Premyer Liqasının XIII turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağlı fikirlərini bölüşüb.

- Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı, bu, sonranın işləridi. Bu gün üçün 1 xal bizi sevindirir. 

- Komandada çatışmayan var?

- Çox nüans var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. 

- Davam edəcəksinizz? 

- Rəhbərliyə təşəkkür edirəm. Bu mikrostikslə bizə kömək, dəstək oldular. Komandanın başına gəldik. Rəhbərlik nə qərar versə, canla-başla razıyam.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC