"Seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalıyıq" - ispaniyalı baş məşqçi

"Uğurlu seriyanın davamı üçün Azərbaycan yığması qarşısına oyunumuzu yaxşılaşdırmalı və keyfiyyətimizi artırmalıyıq".

Presssport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Unay Melqosa Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında 2023-cü ilin noyabrında Mursiyada millimizi 1:0 hesabı ilə məğlub etdikləri matçı da xatırlayıb: "Onlarla ilk görüşdə çalışdıq və çətinlik çəkmədən rəqibə problem yaratmağın yolunu tapdıq. Bilirdik ki, müdafiə olunacaqlar. Bu üzdən əks-hücumlara hazır idik”.

Melqosa F qrupu çərçivəsində martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə qarşılaşması üçün Bakıya nümayəndə göndərməyəcəklərini də vurğulayıb: “Həmin vaxt Antalyada Mərakeşin U-23 komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Azərbaycan - İngiltərə görüşünə isə televiziya vasitəsilə baxacağıq”.

Xatırladaq ki, Azərbaycan – Ukrayna oyunu martın 26-da keçiriləcək. Millimiz həm Ukraynanı, həm də İngiltərəni “Azərsun Arena”da qəbul edəcək. Hazırda ukraynalılar 5 oyuna yüzfaizli nəticəylə - 15 xalla qrup lideridi. Azərbaycan millisi isə keçirdiyi 4 görüşdə 3 xal toplayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC