Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb

5-7 apreldə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb.

Presssport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündü. 

Biletlər sadə (2 AZN) və VİP (7 AZN) olaraq iki hissəyə ayrılıb.

Hər gün üçün 2 seans nəzərdə tutulub. Gündüz seansı 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 10408 bilet satışa çıxarılıb.

Xatırladaq ki, ilk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son yarış günündə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC