Xabo Alonsodan növbəti uğur - yalnız Qvardioladan geri qalır

"Bayer"in baş məşqçisi Xabi Alonso növbəti uğura imza atıb.

Presssport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis komandası ilə bu mövsüm 26 turdan sonra göstərdiyi nəticə ilə Bundesliqada ən yaxşı baş məşqçilərinin siyahısında 2-ci yerə yüksəlib.

"Bayer" hazırda 70 xalla 1-ci pillədədi. Çempionatda ən yaxşı göstərici isə “Bavariya” ilə 26 tura 74 xal toplayan digər ispaniyalı mütəxəssis Xosep Qvardiolaya məxsusdu. O, bu nəticəni 2013/14 mövsümündə reallaşdırıb.

Xatırladaq ki, "Bayer" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb - Bakıda 2:2, Leverkuzendə 3:2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC