Vasili Utkin vəfat etdi

Rusiyanın məşhur idman jurnalisti və şərhçisi Vasili Utkin vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə Utkinin sahibi olduğu "Erqisi" futbol klubunun rəsmi Telegram kanalı məlumat yayıb. 

Utkin 52 yaşında dünyasını dəyişib. O, bir neçə ildir artıq çəkidən, ürək-damar sistemindəki problemlərdən əziyyət çəkirdi.

1989-cu ildən televiziyada işləməyə başlayan Utkin daha çox NTV kanalındakı şərhçiliyi ilə məşhurlaşıb. O, 2010-15-ci illərdə "NTV+"da idman kanallarının baş redaktoru vəzifəsində çalışıb. 2018-ci ilin iyunundan isə YouTube kanalında müəllifi olduğu "Futbol Klubu" proqramını aparırdı.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC