"Bayer"in baş direktoru Xavi Alonsonu saxlaya biləcəklərinə əmindi

"Bayer"in baş direktoru Fernando Karro ispaniyalı baş məşqçiləri Xabi Alonsonun gələcəyi haqda danışıb.

Presssport.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanoya açıqlama verən Karrro yeni baş məşqçi axtarışında olan bir sıra Top-klubların, o cümlədən “Bavariya" və “Liverpul”un maraq dairəsinə düşən 43 yaşlı Alonsonu saxlaya biləcəklərinə əmindi: "Onun müqaviləsi 2026-cı ilə qədərdi və burda qalacağına şübhə etmək üçün heç bir əsas yoxdu. Futbolda nə olacağını heç vaxt dəqiq bilmirsən, amma ona tamamilə güvənirəm. Əla münasibətimiz var”. 

Xatırladaq ki, Avropada məğlubedilməz yeganə komanda olan, Bundesliqada mövsümün bitməsinə 8 tur qalmış Münhen klubunu 10 xal qabaqlayan Leverkuzen təmsilçisi Avroliqada “Qarabağ"ı keçərək 1/4 finalda İngiltərə ”Vest Hem"inə rəqib olub. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC