Azərbaycanın 7 gimnastı Almatıda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın 7 gimnastı Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Presssport.az xəbər verir ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli yarışda qüvvələrini sınayacaqlar.

Onlar bu gün startı veriləcək turnirdə tamblinq növündə mübarizə aparacaqlar.

Martın 22-dək davam edəcək yarışa beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də idmançılarla birlikdə yola düşəcəklər.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC