Bojoviç "Neftçi"nin əvvəlkitək güclü olacağını hesab edir: "Bizim məğlubiyyətə görə həyatınızda heç nə dəyişməyəcək"

"İlk qolu çox tez buraxdıq. Bundan sonra yenidən oyuna qayıtmaq çox çətindi. Hesabı bərabərləşdirmək istəyirdik. Təəssüf ki, bacarmadıq, daha iki qol buraxdıq. Ondan sonra oynamaq çətin idi. İkinci hissə daha yaxşı oynadıq. Bu da anlaşılandı. Çünki "Qarabağ" üç qol vurmuşdu, daha rahat oynadılar".

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"a (0:4) qarşı keçirilmiş ilk görüşündən sonra mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Müqavilə imzaladığınız vaxtda qarşınıza 2-ci yer və ölkə kubokunu qazanmaq məqsədi qoyulmuşdu. Necə olacaq? Komandanın oyununda irəliləyiş yoxdur, azarkeşlər də matçınızı boykot edib...

Niyə belə həyəcanlısınız? Bundan məmnunsuz? Sanki uduzduğumuza görə məmnunsuz. Bizim məğlubiyyətə görə həyatınızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi 2-ci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm.

- "Neftçi" evdə oynasa da, sanki "Qarabağ" ev görüşünə çıxmışdı. Bu vəziyyətə görə özünüzü nə dərəcədə günahkar hesab edirsiniz?

Burda iki ay yarımdır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Bu sual mənə deyil. Azarkeşlər olduğu halda, komanda daha yaxşı, rahat oynaya bilərdi. Fakt odur ki, özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik.

- Çemodanınız hazırdı?

Sizin üçün nə fərqi? Bununla həyatınızda nə dəyişəcək? Öz həyatım var. Rəhbərlik qərar versə, məni işdən çıxaracaq. Siz isə eyni şəkildə kiçik jurnalist kimi qalacaqsınız.

- Emin Mahmudovun start heyətində yer almaması nə ilə əlaqədar idi?

Emində zədə var idi. Risk etmək istəmirdik. İstər-istəməz çempionat bizim üçün çox önəmlidi. Onu "Sumqayıt"la oyun üçün saxlamaq istəyirdik. Fikirləşirdik ki, bu gün meydanda böyük mübarizə olacaq.

- Təsəvvür edək ki, yeni mövsümdən "Neftçi"nin baş məşqçisiz. Nələr edilməlidir ki, "Qarabağ"la bu qədər səviyyə fərqi görünməsin?

Mövsümöncəsi yaxşı hazırlaşmaq önəmlidir. Komandanı gücləndirmək lazımdı. "Qarabağ"la mübarizə aparmaq çox çətindi. "Neftçi"nin uğurları olacaq. Amma bilmirəm mənimlə olacaq, ya yox. "Neftçi" əvvəl kimi güclü olacaq. Buna inanıram.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC