Avropadan "Şamaxı"ya təbrik məktubu

Avropa Klublar İttifaqı (Union of European Clubs, UEC) “Şamaxı” Futbol Klubunun heyəti və azarkeşlərini 2023-24-cü illər mövsümündə I Liqanın qalibi olması və Azərbaycan Premyer Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edib.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı şamaxılarala adışəkilən qurumun rəhbərliyindən təbrik məktubu gəlib. 

“Şamaxı” ötən ilin oktyabrında UEC-ə üzv olub və onun İdarə Heyətinin (İH) sədri Elçin Usub həmin qurumun İH-nin üzvüdü.

Onu da bildirək ki, Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC