"Qarabağ" bu gün Londona yollanır - Qurban Qurbanovun mətbuat konfransının vaxtı da bəllidi

Avropa Liqasının Liqa mərhələsində ilk matçını İngiltərədə keçirəcək "Qarabağ" bu gün səfərə çıxır.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Presssport.az-a verdiyi məlumata görə, saat 17:00-da çarter reysilə Bakıdan Londona yola düşəcəklər.

Səfər təxminən 6 saatlıq olacaq: “Oyundan dərhal sonra Bakıya qayıdacağıq. Baş məşqçimiz Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı sentyabrın 25-də yerli vaxtla saat 18:30-da - Bakı vaxtı ilə 21:30-da olacaq. Bundan 30 dəqiqə sonra məşq başlayacaq".

Hacıyev “Tottenhem”in “Qarabağ” üçün 3 minlik səfər tribunası ayrıldığını vurğulayıb: "Biletlərin satışı davam edir. Bizə xüsusi müraciət olmayıb. Həmişə səfər oyunlarımızda standart necə olub, bu dəfə də elə. Onu deyə bilərəm ki, azərbaycanlı azarkeşlər indiyədək 500-dən çox bilet alıb. Matça 2 gün qaldığı üçün sayın daha da artacağı gözlənilir".

Bu yerdə bildirk ki, “Tottenham Hotspur Stadium"da baş tutacaq oyunun biletinin qiyməti 80 AZN təşkil edir. Qarşılaşmanı izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən tərəfdarlar üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadı. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidi.
Xatırladaq ki, “Tottenhem” - "Qarabağ" matçı sentyabrın 26-da Bakı vaxtilə saat 23:00-da keçiriləcək. 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC