Millimizin “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb.

Presssport.az xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə U-16 millimiz Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq. Millimiz Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Milliyə dəvət olunan futbolçular aşağıda adları qeyd olunanlardır:

Nurəziz Əzizov, Məhəmməd Qafarov (hər ikisi "Neftçi"), Murad Muradov ("Zirə"), Tunar Mehdiyev, Əli İsrafilov, Kamal Zülfüyev (hamısı "Sumqayıt"), Kəmaləddin Cəfərli, Polad Hüseynov, Amin Rzayev, Səid Nuriyev, Eldar Abbasov, Hüseyn Bayramov, Murad İbrahimli (hamısı "Qarabağ"), Rəşad Gülüşov, Toğrul Mehdizadə, Kamal Mustafazadə, Məhəmməd Mədətov, Məhəmməd Qafarov,  Emil Məmmədov, Nihat Şirinzadə, Renat Muştakov, Samir Şərifov, Nicat Kərimov (hamısı "Vətən"), Allahverdi Şirino ("Qəbələ").

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC