Mahmud Qurbanov baş məşqçilərə qarşı ikili yanaşmanın əleyhinədi: "Kimə o lazımdırsa, pis nəticə göstərəndə də deyirlər ki, ona vaxt verən”

“Altı 6 aya məşqçinin uğurlu, yaxud uğursuz olduğunu necə bilmək olar? Üstəlik, mən işləyəndə komandanı yeni qurmuşduq. Yeni komanda idi, hər halda, kubokda yaxşı çıxış etmişdik, yarımfinala vəsiqə qazanmışdıq. Sadəcə, bəli, çempionatda belə nəticə yox idi. Amma bu, dünyanın axırı deyildi ki…Bu, o anlama gəlmir ki, 6 aydan sonra məşqçi çıxar və deyəsən ki, bu, uğursuzluqdu. Heç yerdə belə yanaşma yoxdu”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Mahmud Qurbanov deyib.

2022/23 mövsümündə “dənizçilər”i cari mövsümün ilk yarısında çalışdıraraq qış fasiləsində yollar ayrılan təcrübəli mütəxəssisin fikrincə, cəmi 6 aya görə məşqçinin işinə uğursuzluq damğası vurmaq düzgün deyil: “Uğur nəyə deyirlər  - çempionatda qalmağa Azərbaycan uğur deyirlərsə, daha nə deyim…Yox, adama şans verərlər, 1 il qalar, işləyə, görsən ki, axırıncı yerdədi komanda, hə, onda deyə bilərsən ki, uğursuzluqdu. Onda xorla bunu deyənlərlə də razı olardım. Yoxsa 6 aydan sonra…Yeni komanda qurulurdu, orda da hər şey yeni formalaşırdı, birdən-birə 6 aydan sonra məşqçinin uğurlu, yaxud uğursuz olduğunu demək çətin məsələdi. Kimdən soruşsanız, deyəcək ki, məşqçidən 6 aya nəticə gözləmirlər. Üstəlik, onda çempionat qurtarmamışdı. Çempionatda yarıyolda götürüb axıcıncı yerdə qoysaydın, hə, uğursuz nəticə olmasıyla razı idim. Amma çempionatın yarım hissəsi də qalmışdı, dediyim kimi, kubokda da yarımfinala çıxmışdıq. Uğursuzluq deyim düzgün deyil. Xorla danışmalarına baxmayaraq, əslində razı deyiləm. İnanmıram ki, hansısa bir məşqçi bununla razı olar. Mən də razı deyiləm. Uğursuzluq söhbəti kimə xeyir eləyir, məşqçini göndərmək istəyirlər, deyirlər ki uğursuzdu. Kiməsə bu baş məşqçi lazımdırsa, pis nəticə göstərəndə də deyirlər ki, ona vaxt verən”. 

Xatırladaq ki, “Səbail” Qurbanovu baş məşqçi postunda əvəzləmiş Şahin Diniyevlə son çempionatı 7-ci pillədə başa vurub və başa çatan müqavilə 1 illik uzadılıb. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC