"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün danışıqlara başlayıb

"Qarabağ"ın futbolçusu Leandro Andradenin karyerasını Türkiyədə davam etdirə biləcəyi ilə bağlı yeni xəbər yayılıb.

Presssport.az xəbər verir ki, bu barədə Portuqaliyanın məşhur "A Bola" nəşri məlumat yayıb.

Belə ki, "Beşiktaş"ın 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. İstanbulluların Azərbaycan klubu ilə danışıqlarının davam etdiyi də diqqətə çatdırılıb.

Əslən Kabo-Verdedən olan, Portuqaliya vətəndaşlığını da daşıyan Leandronun Ağdam klubuyla müqavilə müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Futbolçu keçən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC