Qara Qarayev festivalda qonaq oldu - uşaqlarla görüşdü, kitablarını imzalatdırdı və xatirə fotoları çəkdirdi

“Neftçi”nin futbolçusu Qara Qarayev III Uşaq Kitab Festivalında qonaq kimi iştirak edib.

Presssport.az xəbər verir ki, təcrübəli oyunçu “TEAS Press” Nəşriyyat Evinin “3 Alma” uşaq ədəbiyyatı bölməsinin qonağı olub.

Uşaqlar Qarayla görüşüb, kitablarını imzalatdırıb və xatirə fotoları çəkdirib.

Bu yerdə bildirək ki, Qarayev keçən ilin aprelində II Uşaq Kitabı Festivalının son günündə də “3 Alma” uşaq ədəbiyyatı bölməsinin təşkilatçılığı ilə azyaşlıların görüşünə, onda çıxış etdiyi “Qarabağ”ın futbolçusu kimi gəlmişdi. Qara həmin görüşdə peşəkar karyerasından danışıb, uşaqların suallarını cavablandırıb, “3 Alma”nın nəşr etdirdiyi futbolçuların həyatından bəhs edən kitabları imzalayıb. 
Həta Qarayev azyaşlılar arasında sual-cavab keçirmiş və azyaşlı qız fanatı sualı düzgün cavablandıraraq "Qarabağ" forması əldə etmişdi. Tanınmış futboolçu daha bir formasını isə həmin ad gününü qeyd edən digər fanatına hədiyyə vermişdi.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC