"Bu, Musaya da aiddi, U-21 komandamızda yaxşı çıxışı onun xeyrinə işləyə bilər" - "Yurqorden"in baş məşqçisi

“Yurqorden”in baş məşqçisi Tomas Laqerlöf millimizin də üzvü olan futbolçusu Musa Qurbanlının komandada çox oynamaq şansı əldə edə bilməməsinə növbəti dəfə toxunub.

Presssport.az xəbər verir ki, bunu oyunçuların hazırlıq durumu ilə əlaqələndirən isveçli mütəxəssisin fikrincə, məşqlərdə özünü yaxşı tərəfdən göstərən futbolçular matçlarda şans qazanır: "Musanın “Yurqorden”in U-21 komandasında yaxşı çıxışı onun xeyrinə işləyə bilər. Hər oyundan sonra futbolçulara deyirəm ki, rəqabətli durumdu, heyətdə 20 nəfər yer ala bilər. Allsvenskan və ya U-21-də oynamalarından asılı olmayaraq, özünü yaxşı tərəfdən göstərənlər diqqətimizdən yayınmır. Bu, Qurbanlıya da aiddir, digərlərinə də. Musanın özünə dedim ki, hamının heyətdə yer almasını istəyərdik. Ancaq indiki halda bu, mümkün deyil”.

Xatırladaq ki, 21 yaşlı Qurbanlının yay fasiləsində “Yurqorden”dən ayrılacağı, icarəyə gedəcəyi gözlənilir. Hazırda millimizin düşərgəsində olan gənc hücumçunun İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayınadəkdi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC