Abdolbari Gözəl "Qarabağ" rəsmilərini qəbul etdi - ona kuboklar təqdim olundu

“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal klubumuzun rəsmiləri ilə görüşüb.

Presssport.az xəbər verir ki, o, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovu qəbul edib.

Fəxri prezidentə komandanın 2023/24 mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan kuboku təqdim olunub. Gozal “Qarabağ”ın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klub rəhbərliyi, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib. Fəxri prezident komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstək verəcəklərini, komandaya inamını da dilə gətirib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC