Azərbaycan və Kamerun badminton milliləri birgə təlim-məşq toplanışları keçəcək

Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Engoulou Azərbaycanda ikitərəfli görüşlər keçirib.

Presssport.az xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində gənclər və idman nazirinin müavini Mariana Vasilevala görüşən xanım Assembe iki ölkə arasında idman sahəsində əməkdaşlığı müzakirə edib. 

Qeyd olunub ki, keçən ildən etibarən Azərbaycan Badminton Federasiyası Afrika qitəsində Dünya Badminton Federasiyası və Afrika Badminton Konfederasiyası ilə birgə layihələr rellaşdırmağa başlayıb. Belə ki, əməkdaşlıq çərçivəsində Azərbaycan Badminton Federasiyası Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada badmintonun inkişafına töhfə verir, qeyd olunan ölkələrin badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edir.

Azərbaycan Badminton Federasiyasiyasının Prezidenti Taleh Ziyadovla görüşdə qeyd olunub ki, Azərbaycan və Kamerun badminton milli yığmaları birgə təlim-məşq toplanışları keçəcək, bilik və təcrübə mübadiləsini aparacaq. Xanım Assembe Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizin böyük idman ənənələrinə və potensiala malik olduğunu qeyd edib. 

Kamerun Badminton Federasiyasının rəhbəri Azərbaycanın iki idmançısının qarşıdan gələn Olimpiya oyunlarında təmsil edəcəyi xəbərinə sevindiyini və onlara qələbə arzuladığını deyib. O, həmçinin ölkənin milli badminton və para badminton yığmalarının məşq prosesi ilə tanış olmuş, idman infrastrukturuna baxış keçirib.

Səfər çərçivəsində federasiya prezidenti həmçinin Dənizkənarı Milli Parkda təşkil olunan gimnastika üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasinə qatılıb, bədii gimnastika üzrə yığmanını məşq prosesi və idman infrastrukturu ilə tanış olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC