"Qalatasaray"ın futbolçusu zədəsini sağalda bilmədi: "AVRO-2024-ü buraxmalı olacam, çox məyusam"

Danimarka milli komandasının heyətində ciddi itki baş verib.

Presssport.az xəbər verir ki, müdafiəçi Viktor Nelsson sıradan çıxıb. 

"Qalatasaray"ın 25 yaşlı futbolçusu zədə səbəbindən AvRO-2024-də iştirak edə bilməyəcək.

O, bu haqda sosial şəbəkə hesabında yazıb: “Ölkəmin millisinə Avropa çempionarında iştirak edə bilməyəcəyimə görə çox məyusam. Zədəm ümid etdiyim kimi tez sağalmadı. Komanda yoldaşlarına və yığmama uğurlar arzulayıram. Avropa çempionatında onlara azarkeşlik edəcəm”.

Xatırladaq ki, Danimarka yığması Avropa çempionatında C qrupunda İngiltərə, Serbiya və Sloveniya milliləriylə mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC