Fərid Qayıbovun sədrliyilə III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib

Azərbaycan təşkil olunacaq III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə idman federasiyalarının məsul şəxsləri iştirak edib.

İclasda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC