Millimiz Avropa çempionatını məğlubiyyətlə bitirdi

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununa çıxıb.

Presssport.az xəbər verir ki, yığmamız 9-cu yer uğrunda qarşılaşmada Niderland millisiylə üz-üzə gəlib.

Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan millimiz İsraillə heç-heçə edib - 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb - 2:1. Yığma 9-12-ci yerlər uğrunda matçda Şotlandiyanı eyni hesabla üstələyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC