Cəfərquliyev Albaniyadan zəif oynadığımızı düşünmür: "İstəmədiyimiz bir məğlubiyyət idi, amma oyun baxımından çox şeyi qazandıq"

Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev Albaniyaya uduzduqları yoldaşlıq matçından (1:3) sonra açıqlama verib.

Presssport.az xəbər verir ki, sol cinah müdafiəçisi əvvəlcə oyun haqda fikirlərini bölüşüb: “Oyuna qələbə üçün çıxmışdıq. Təəssüflər olsun ki, 1:3 hesabı ilə məğlub olduq. İstəmədiyimiz bir məğlubiyyət idi. Amma düşünürəm oyun baxımından çox şeyi qazandıq. Topa nəzarət və şanslar bizdə çox oldu. Hesab oyuna uyğun deyildi”. 

23 yaşlı müdafiəçi “Rəqib güclü oynadı ya siz zəif oynadınız?” sualına belə cavab verib: “Düşünmürəm ki, biz zəif oynadıq. Sadəcə rəqib şanslarından daha yaxşı istifadə edə bildi. Qazaxıstanla oyunda, inşallah, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq (qol.az). 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC