"Azərbaycan millisi oyuna 100 faiz motivasiyalı deyildi"

Albaniya millisinin sabiq futbolçusu Ervin Fakai millisinin Macarıstanda Azərbaycan yığması üzərində yoldaşlıq görüşündə qazandığı qələbəni (3:1) şərh edib.

Presssport.az xəbər verir ki, veteran müdafiəçi millimizin oyuna motivasiyalı olmadığını hesab edir: "Bir neçə gün əvvəlki Lixtenşteyn millisi ilə müqayisədə bu dəfə qarşımızda daha yaxşı komanda görəcəyimizi anlayırdım. Amma həm Lixtenşteyn, həm də Azərbaycan oyunlara 100 faiz motivasiyalı deyildi. Çünki bunlar yoldaşlıq matçlarıdı və mövsümün sonudu. Onlar AVRO-2024-ə başlamaq üçün növbəti həftəni gözləyən milli komandalar qədər motivasiyalı deyillər".

Onu da bildirək ki, 48 yaşlı millisində 25 oyun keçirərək 1 qol vurub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC