Cüdoçularımız Avropa Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları 10-11 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.

Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasında 6 nəfərlə təmsil olunacaq. Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.

Onu da bildirək ki, cüdoçularımız 12-14 iyunda Sarayevoda baş tutacaq Kodokan seminarında iştirak edəcək.

“Nage-no-Kata”

Malik Alahverdiyev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

İsmayıl Rzayev - tori

İbrahim Aslanov - uke

“Katame-no-Kata”

Rafiq Nəcəfov - tori

Əmrah Əhmədov – uke.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC