Estoniya yığmasının kapitanı millimiz haqda: "Baltik Kuboku"ndakı rəqiblərimizdən fərqlənir, daha yüksək səviyyyədi"

Estoniya milli komandasının kapitanı Karol Mets “Baltik Kuboku”nda Farer adaları üzərində qazanılan qələbəni (4:1) dəyərləndirib.

Presssport.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının C1 qrupunda yer alan rəqiblər, o cümlədən Azərbaycan yığması haqda danışıb: “Deyə bilərik ki, Farer adaları ilə matçda baş məşqçi dəyişikliyi özünü tam doğrultdu. Yeni nəfəs aldıq. Çətin, yorucu və uzun bir dönəmdən çıxıb müsbət addım atmaq istədik. Bu turnirdə qalib gəlmək istəyirik. Eyni zamanda, İsveç, Slovakiya və Azərbaycan yığmalarıyla qarşılaşacağımız Millətlər Liqasının oyunlarına şüurlu şəkildə hazırlaşırıq. Bu milli komandalar ”Baltik Kuboku"ndakı rəqiblərimizdən fərqlənir. Onlar daha yüksək səviyyədədi".

Xatırladaq ki, Azərbaycan və Estoniya millilərinin görüşləri oktyabrın 11-də və noyabrın 16-da baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC