Cavid Hüseynov cavab matçını Saatlıda oynamaq istəmir: "2:0 udduqsa, hələ mərhələ keçməmişik, işimizin öhdəsindən..."

AFFA Region Liqasının qalibi olmuş “Cəbrayıl” II Liqada debüt mövsümündə də uğurla çıxış edərək gümüş medalçı oldu və I Liqaya vəsiqə uğrunda pley-off matçlarında iştirak hüququ qazandı. Burda ilk oyununu I Liqada son pillənin sahibi “Araz Saatlı”yla keçirən Cavid Hüseynovun komandası “ASCO Arena”da 2:0 hesablı qələbəyə sevindi və bununla da cütün qalibi olmaq şanslarını xeyli artırdı. Hüseynov matçdan sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.

  • - Bu qələbədən sonra mərhələ keçmək vəzifəsinin nə dərəcədə öhdəsindən gəldiyinizi demək olar?
  • - Təbii ki, mərhələ keçmək baxımından danışmaq hələ bir az tezdi. Bu gün 2:0 udduqsa, bu, o demək deyil ki, mərhələni keçmişik. Ancaq müəyyən bir iş gördük, çalışdıq ki, evdə oynadığımıza görə xeyrimizə olan nəticə qazanaq. Bunun öhdəsindən deyək ki, 50 faiz gəlmişik. Amma yenə deyirəm ki, bu, hələ son deyil. Bizi bu oyundan da ağır cavab matçı gözləyir.
  • - “İrəvan”ın çıxması, “Difai Ağsu”nun I Liqada qalması işinizə nə dərəcədə yaradı?
  • - İşimizə heç bir yararlığı olmadı. Çünki "Difai Ağsu" pley-off oynamalı idi, I Liqada qaldı. "Araz Saatlı" aşağı düşməli idi, pley-off oynadı. Burda udan ancaq 2 komanda oldu, təkcə “Cəbrayıl”  udmadı. Bizə heç bir şey olmadı.
  • - Rəqib dəyişdi, onu nəzərdə tuturuq ki, bu, işinizi asanlaşdırdı, yoxsa…?
  • - Sözün düzü, fərqi yox idi. “Difai Ağsu”yla görüşə də hazırlaşırdıq, sonra "Araz Saatlı"ya qarşı da. Rəqibin kimliyindən asılı olmayaraq, hər 2 komandaya qarşı ciddi hazırlaşacaqdıq. 
  • - Saatlıdakı qarşılaşmada həlledici amil nə olacaq? Orda da qazon sintetikdi, sadəcə, bu dəfə əyalətdə, rəqibin azarkeşləri qarşısında oynayacaqsınız…
  • - Fərqi yoxdu harda olursa-olsun. əsas odur ki, rəqib meydanında olursansa, rəqibin azarkeş kütləsi də ola və bu zaman sənə təzyiq də yarana bilər. İstənilən halda, bundan da ağır matç olacağını gözləyirik və buna qarşı da hazırlaşmağa vaxtımız var. Ciddi hazırlaşacağıq. 
  • - Pley-off oyunun Saatlıda olmamaq ehtimalı da var…
  • - Bəli, bizə də bu haqda məlumat veriblər ki, ola bilər Saatlıda olmasın. Çünki ordakı stadion tələblərə cavab verir - VAR sisteminə görə, çəkiliş meydançası üçün uyğun deyil. Sözün açığı, ya Şamaxıda nəzərdə tutublar, ya da bilmədiyim başqa yerdə. Biz də istəyərdik ki, oyun yaxşı meydançada olsun. Misal üçün bu gün Bayılda oynamağımız futbol adına bizi sevindirir. Çünki bu qazonda heç olmasa düz ötürmə vermək olur. Amma Saatlıda meydança çox bərbad vəziyyətdə olduğu üçün istəməzdik ki, futbolçuların sağlıq baxımından orda oynayaq. 
  • - Oyunun Şamaxıda olması Cavid Hüseynovun daha çox ürəyincə ola bilər?
  • - Fərqi yoxdu. Azərbaycanın hər bir bölgəsində oynamaq ürəyimcədi. 
  • - Hər halda, Şamaxı sizə çox tanış məkandı…
  • - Bilirəm nəyi nəzərdə tutursunuz, 1 il orda işləmişəm. Raızyam ki, orda qazonun hər nöqtəsinə bələdəm (gülür). 
  • - Kapitanınız Ruslan Əmircanov bu oyunda müdafiə xəttinin sözü əsl mənasında dirəyi oldu, 39 yaşında olmasına baxmayaraq, komandaya çox kömək oldu. Lakin bir epizod oldu sonlarda ki, topu özündə çox saxlayıb itirməsi təhükəli əks-hücumla sonuclandı və buna çox əsəbiləşdiniz…
  • - Bəlkə də bir oyunçu driblinq edəndən sonra ötürmə versəydi, daha yaxşı olardı. Sadəcə, öz güvəni olduğu üçün yorğunluq əlaməti bunun qarşısını aldı və topu itirdi. Son müdafiəçi olduğundan riskin hər zaman sırfa endirilməsini onlardan həmişə tələb edirəm. Ehtiyac yox idi, amma ümumilikdə 90 dəqiqədə Ruslan Əmircanov komandaya əməlli-başlı kömək elədi.  
  •  - Ümumiyyətlə, “qoca”larınızdan razısınız?
  • - (gülür) Razıyıq, bu oyunda razıyıq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC