Zubirin növbəti mövsümə harda başlayacağı dəqiqləşdi

"Qarabağ"la müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq Abdullah Zubirin növbəti mövsümə harada başlayacağı dəqiqləşib.

Presssport.az xəbər verir ki, həm Səudiyyə Ərəbistanından, həm də Fransadan real təklifləri olan vinger Ağdam təmsilçisində qalacaq.

"Qarabağ" rəhbərliyindən 2+1 illik yeni anlaşma təklifi alan cinah hücumçusu ilə aparılan danışıqlar uğurla nəticələnib. Komanda istirahətdən qayıdandan sonra rəsmi müqaviləyə imza atacaq 32 yaşlı futbolçu Çempionlar Liqasının hazırlıqlarına start verəcək.

Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın formasını geyinən Zubir son mövsümdə bütün turnirlərdə 55 matça çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran Mərakeş əsilli fransalı 19 məhsuldar ötürmə ilə də yadda qalıb (fanat.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC