Livanda futbol dayandırıldı - qeyri-müəyyən müddətə

Livan Futbol Assosiasiyasının (LFA) bayrağı altında keçiriləcək bütün oyunlar İsrailin hava hücumları səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Presssport.az xəbər verir ki, bu barədə LFA-nın mətbuat xidməti məlumat yayıb.

Buna səbəb kimi sentyabrın 17-18-də Livanda bir sıra rabitə cihazlarının partladılması göstərilib.

Onu da bildirək ki, Livan çempionatının 2024/2025 mövsümü yenicə - sentyabrın 20-də start götürüb. Sentyabrın 27-dən 29-dək baş tutmalı olan ölkə çempionatının II turunun bütün oyunları ləğv olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC