"Şerif"in baş məşqçisi "Zirə"ylə bağlı diqqətini çəkən məqama toxundu: "Bizə püşklə düşə biləcəyi ən ciddi rəqiblərdən biri idi"

"Şerif"in baş məşqçisi Yuri Qura klubunun rəsmi saytına onları "Zirə" ylə rəqib edən Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə danışıb.

Presssport.az həmin müsahibəni təqdim edir:

- Yuri Vladimiroviç, püşkatmanın nəticələrini şərh edin...

- Avropa Liqasında zəif komanda yoxdu. Azərbaycan “Zirə”si püşkatma yolu ilə bizə düşə biləcək ən ciddi rəqiblərdən biri idi.

- Azərbaycan komandalarında hansı güclü tərəfləri görürsünüz?

- “Zirə” ilə bağlı bir şeyi deyə bilərəm – komanda çox təşkilatlanıb. O, çempionatda az qol vursa da, az qol da buraxır. Rəqib haqda daha ətraflı məlumat toplayacağıq.

- İlk oyun evdə - müsbət, yoxsa mənfi?

- İndi səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk matçı harda keçirdiyinizi nəzərə alaraq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdu. Bu fərq artıq yoxdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC