Rəşad Sadıqov "Şerif"i tanış rəqib kimi dəyərləndirdi: "...mərhələni keçən tərəf biz olarıq”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis klubun saytına açıqlamasında “Şerif”in Azərbaycan futboluna tanış rəqib olduğunu deyib: "Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Xatırladaq ki, "Zirə" ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü 18-də Bakıda keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC