"Zirə"nin rəqibi nəhayət, qalib gəldi

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif”i növbəti yoxlama matçı keçirib. 

Presssport.az xəbər verir ki, Tiraspol təmsilçisi “Zimbru” ilə qarşılaşıb.

"Zirə"nin rəqibi öz meydanında keçirilən bu matçda 1:0 hesabıyla qalib gəlib. Yeganə qolu cənubi sudanlı hücumçu Ajak Rika vurub. 

Bu, “Şerif”in yay hazırlıq dövründə ilk qələbəsi olub. Belə ki, bunadək Moldova yüksək liqa təmsilçiləriylə yoldaşlıq görüşlərində heç-heçələr (0:0 və 1:1) qeydə alınmışdı. 

Onu da bildirək ki, tiraspolular "Zirə"ylə oyunöncəsi son sınaq matçını iyulun 3-də Moldovanın daha bir yüksək liqa təmsilçisi - "Floreşt"lə keçirəcək.

Xatırladaq ki, “Şerif"lə "Zirə"nin ilk görüşü iyulun 11-də Tiraspolda olacaq.  
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC