Paçu "Kəpəz"ə kömək etmək üçün gəlib: Hamımız bir olmalıyıq ki, komandanı düşdüyü durumdan çıxara bilək"

"Hamımız bir olmalıyıq ki, "Kəpəz"i düşdüyü durumdan çıxara bilək.Hamımız bir olmalıyıq ki, "Kəpəz"i düşdüyü durumdan çıxara bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq".

Presssport.az xəbər verir ki, bunu “Kəpəz” yeni transferi Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı futbolçu Gəncə təmsilçisinə transfer olunduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib: "Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdu. Mənə qarşı münasibət xoşdu. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdı. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.

Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb:

“Hücum xəttində məşqçilərin seçim imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.

Paçu komandanı düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu, bir uğurlu nəticənin hər şeyi dəyişəcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, hesabında xal olmayan "Kəpəz" Misl Premyer Liqasında 7 turdan sonra sonuncu - 10-cu pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC