"Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm" - "Dinamo"nun hücumçusu

Minsk “Dinamo”sunun nigeriyalı hücumçusu Stiven Alfred bu mövsüm Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Azərbaycanda keçirməsi haqda danışıb.

Presssport.az xəbər verir ki, afrikalı forvard ev oyunları üçün Azərbaycana uçmağın onlara yorğunluq gətirməyəcəyini deyib: "Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm. Bəli, gediş-gəliş, uçmaq vaxt tələb edir. Lakin bərpa üçün həmişə vaxtımız olur. Düşünürəm ki, bunun öhdəsindən gələ bilərik. Yayda bütün bunlardan keçdik və bəli, bəzən yol çox uzun çəkdi. Beləliklə, artıq təcrübəmiz var və ümid edirəm ki, hətta uzun uçuşlardan sonra da nəticə göstərəcəyik".

Xatırladırıq ki, Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehd Hüseynzadə adına stadionda keçirəcək. Bu arenada çıxacaq rəqiblər “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts” (Şotlandiya) olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC