Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək

Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.

Presssport.az xəbər verir ki, ilk olaraq yarışın açılış mərasimi keçiriləcək.

Ardınca rapid üzrə 3 tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.

Xatirə turnirində Azərbaycanı 3 şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdı.

Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaq.

Xatırladaq ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC