"Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi baş verib

“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi baş verib.

Presssport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasında çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.

Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klubdan verilən məlumata görə, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.

Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək O və Rayiç 2023-cü ilin iyulundan yığmamızda və “Araz-Naxçıvan”da çalışırdı. Borisov baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC