"Tottenhem" - "Qarabağ" matçı bu saatda başlayacaq - YENİLƏNİB

“Qarabağ”ın “Tottenhem”lə bu gün keçiriləcək oyunu nəzərdə tutulduğundan gec başlayacaq.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisini aparan avtobus Londonda oyuna yollanarkən tıxacda qalıb. 

Bu səbəbdən saat 23:00-da başlaması nəzərdə tutulan görüşün 40-45 dəqiqə gec başlaması gözlənilir. Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçirilməlidi.

Bu arada "Qarabağ" məsələylə bağlı rəsmi məlumat yayıb: "UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib. Matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac komandamızın qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub. Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC