Avropa çempionu olan güləşçimiz Rusiyadakı beynəlxalq turnirdə də qalib oldu

Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya Uşaqları” Oyunlarını 1 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub.

Presssport.az  xəbər verir ki, son olaraq bu gün U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib.

U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə bürünc medal qazanıb.

Onu da bildirək ki, Yakutskda I kateqoriyalı beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC