AVRO-2024: Portuqaliya penaltilər seriyasıyla 1/4 finalda

AVRO-2024-də 1/8 final mərhələsinin daha bir matçı keçirilib.

Presssport.az xəbər verir ki, “Frankfurt Arena” gerçəkləşən qarşılaşmada Portuqaliya və Sloveniya yığmaları üz-üzə gəlib.

Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Hərçənd, italiyalı Daniele Orsatonun idarə etdiyi görüşün 105-ci dəqiqəsində portuqalların kapitanı Kriştiano Ronaldo penaltidən hesabı açmaq üçün real şansa malik olsa da, rəqib qapıçı Yan Olbak zərbəni dəf edib.

Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin hər 3 penaltisini dəf edib. Ronaldo bu dəfə 11 metrlik zərbəsini dəqiq yerinə yetirib. 

Beləliklə, Portuqaliya 1/4 finalda Fransaya rəqib olub. Bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. Belə ki, İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC