"Neftçi"nin yeni transferi: "Komanda düşdüyü çətin vəziyyətdən çıxacaq"

"Neftçi"nin yeni transferi Emil Səfərov "Qəbələ"dən ayrılması və "ağ-qaralar"a keçidi haqda paylaşım edib.

Presssport.az xəbər verir ki, millimizin 21 yaşlı yarımmüdafiəçisi şəxsi “İnstagram” səhifəsində bunları yazıb:

"Salam "Qəbələ" ailəsi. Əziz dostlar, bu gün komandadan ayrılıram. Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə mənimlə birlikdə məşq edən komanda yoldaşlarıma, texniki heyət, məşqçilərə, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. "Qəbələ"dən ayrılmaq mənim üçün çətindir. İnşallah, komanda düşdüyü çətin vəziyyətdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə “çox sağ ol” deyirəm. Gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".

Xatırladaq ki, “Neftçi” “Qəbələ” yetirməsi olan Səfərovla 3 illik müqavilə imzalayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC