Cüdoçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı İspaniyada davam edir

Azərbaycan cüdoçularının Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam edir.

Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamızın üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.

Toplanışda qadınlar, böyüklər və gənclərdən ibarət yığmaların 30-dan çox idmançısı iştirak edir.

Hazırlıq prosesi iyulun 6-a qədər davam edəcək. 

Cüdoçularımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin son mərhələsini Bakıda keçəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC