"Səbail"də legioner gedişi olub: "Vidalaşmıram, “görüşənə qədər” deyirəm"

Bosniya və herseqovinalı futbolçu Adi Mehremiç “Səbail”dən ayrılıb.

Presssport.az xəbər verir ki, təcrübəli mərkəz müdafiəçi “İnstagram”dakı şəxsi profilində bu haqda məlumat verərək, gedişiylə bağlı paylaşım edib: “Bura gəldiyim ilk gündən özümü yalnız evdəki kimi hiss etdim. Oğlum burda doğuldu, ona görə də “Səbail” və Bakı ilə daha da bağlılıq hiss edirdim. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Klubdakı bütün insanlar mənə və ailəmə sevgi və dəstək verdilər. Vidalaşmıram, “görüşənə qədər” deyirəm. Hamınızı sevirəm".

Xatırladaq ki, 32 yaşlı Mehremiç “Velez Mostar”, “Rujomberok”, “Sankt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla” (Krakov), “Makkabi Petah-Tikva”, “İstanbulspor”da oynadıqdan sonra keçən yay “Səbail”ə keçmişdi.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC