AGF tərəfindən Naxçıvan şəhərinə gimnastika xalçası hədiyyə olunub

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən regionda gimnastikanın inkişafına növbəti töhfə kimi Naxçıvan şəhərinə 196 kvadratmetrlik bədii gimnastika xalçası hədiyyə olunub.

Presssport.az xəbər verir ki, avadanlığın çatdırılması və quraşdırılması işləri Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və nəzarəti ilə həyata keçirilib.

Xalça idmançıların ixtiyarına bu gün verilib.

Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov şəraitlə yerində tanış olub, eyni zamanda məşqçi, idmançı və valideynlərlə görüşüb.

Yaradılan şəraitə görə minnətdarlığını bildirən məşqçi Humay Qafarova idmançıların hazırlıq vəziyyəti və gələcək yarışlar haqqında məlumat verib. Qeyd edib ki, peşəkar gimnastika xalçasının mövcudluğu məşq elementlərinin icrasını asanlaşdıracaq və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha geniş imkanlar açacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC